12px13px15px17px
Tarix:19/12/11

ATU da kompüter test imtahanının tətbiqinə başlayır

Azərbaycanın ən tanınmış və qocaman təhsil ocaqlarından olan Tibb Universiteti Yeni il ərəfəsində ciddi yenilik etməyə hazırlaşır. Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri bu dəfə semestr imtahanlarını kompüter test üsulu ilə verəcəklər.

ATU-dan verilən məlumata görə, ilk belə imtahan dekabrın 30-da keçiriləcək və ümumi tələbələrin təxminən 40 faizini əhatə edəcək. Bu yenilik Bolonya prosesi əsasında kredit bal sistemini tətbiq edən fakültələrə şamil ediləcək.

Universitetdə ilk olaraq 2006-cı ildə Tibbi Biologiya fakültəsi bu sistemə keçib. Buna görə də bu fakültənin tələbələrinin hamısı artıq yeni sistemlə imtahan verəcək.

İmtahanları yüksək səviyyədə təşkil etmək məqsədilə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovun tapşırığı ilə universitetin 5 saylı  korpusunda iki kompüter zalı təşkil olunub.

Bu zallar son model, güclü proqram təminatı olan avadanlıqlarla təchiz edilib. İki zala ümumilikdə 210 kompüter yerləşdirilib.

Zalları daimi nəzarət altında saxlamaq üçün onlar kameralarla təchiz olunub. Kameraların çəkdiyi görüntülər birbaşa olaraq rektorun otağındakı və Virtual Test Mərkəzindəki əsas kompüterlərə ötürülür.




Baxış sayı: 1722

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024