12px13px15px17px
Tarix:22/01/21

“Face ID” sisteminin əsas problemi həll edilib

“Apple” şirkəti “iPhone” smartfonlarında “Face ID” sisteminin əsas problemini həll edib. Bu barədə “PatentlyApple” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, ABŞ şirkəti tərəfindən qeydə alınan patentləri izləyən nəşr növbəti “Apple” ixtirasına diqqət yetirib. Yanvarın 19-da ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO) dərc etdiyi müraciətdə yeni nəsil biometrik sensorun yaradılması barədə söz açılıb. Sənəddə qeyd olunub ki, yeni “Face ID” versiyasının əsas xüsusiyyəti smartfon istifadəçisinin istilik xəritəsinə görə identifikasiyası funksiyası olacaq.

 

Məlumata görə, funksiya istifadəçinin sifətinin virtual surətini maksimum ətraflı yaratmağa imkan verəcək. Yeni “Face ID” versiyası “iPhone” sahibini onun sifəti eynək, şərf və ya qoruyucu maska ​​ilə örtüləndə də effektiv şəkildə müəyyənləşdirəcək. Jurnalistlər qeyd edib ki, istilik xəritəsinin yaradılması funksiyası “Face ID” sensorunu smartfon istifadəçisinin sifətinin çox vaxt maska ilə bağlı olduğu pandemiya dövründə daha faydalı edəcək.

 

Qeyd edək ki, “Face ID” biometrik sensoru “Apple” smartfonlarına 2017-ci ildə “iPhone X” modelinin buraxılışı ilə eyni vaxtda quraşdırılmağa başlayıb. Hazırda sistem 2020-ci ilin yazında təqdim edilən “iPhone SE” istisna olmaqla, bütün aktual “Apple” qurğularına quraşdırılıb.

 

Nizam Nuriyev





Baxış sayı: 1454

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Mart 2021

03 03 2021

03/03/21
“WhatsApp” messencerinə ünsiyyəti daha təhlükəsiz edən yeni funksiya əlavə ediləcək

“WhatsApp” messencerinə özü avtomatik silinən şəkillərin göndərilməsi funksiyası əlavə ediləcək. Bu barəd

03/03/21
Çin ucuz elektrik enerjisinə malik regionda mayninqi qadağan edəcək

Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonu ucuz elektrik enerjisinə görə mayninq üçün cəlb

03/03/21
“Microsoft” korporasiyası qarışıq reallıq platformasını təqdim edib

“Microsoft” korporasiyası başqa insanlarla işləmək və kommunikasiya qurmaq üçün öz yeni platformasını təq

03/03/21
Avropada istehsalçılar texnikanı 10 il müddətinədək təmir etməli olacaqlar

1 mart tarixində Avropa İttifaqında istehsalçıların üzərinə məişət texnikasını 10 il müddətinədək təmir e

03/03/21
Bill Qeyts “iOS” və “Android” sistemlərini müqayisə edib

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts ən yaxşı mobil əməliyyat sistemini açıqlayıb. Bu barədə

03/03/21
“Əşyalar interneti”nə mobil qoşulmaların sayı 3,5 milyarda çatacaq

2030-cu ildə mobil şəbəkələrə qoşulan “Əşyalar interneti” (Internet of Things, IoT) qurğularınn sayı 3,5

03/03/21
Dünya yarımkeçiricilər bazarında artım qeydə alınıb

Dünya çip bazarında 2021-ci ildən artım başlayıb. Belə ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (Se

03/03/21
Qatlanan “iPhone” haqqında yeni təfərrüatlar məlum olub

İlk qatlanan “Apple” smartfonu 2023-cü ilə buraxılacaq. Bu barədə “9to5mac” nəşrinin məşhur