12px13px15px17px
Tarix:25/01/21

“Samsung” ABŞ-da zavodun tikintisinə 10 milyard dollar ayıracaq

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ-da məntiqi mikrosxemlərin istehsalı üzrə müasir zavodun inşasına 10 milyard dollardan çox vəsaitin ayrılması imkanını nəzərdən keçirir. Şirkət böyük məbləğdə sərmayənin köməyi ilə daha çox ABŞ müştərisi cəlb etmək və sahə üzrə lider – “TSMC” istehsalçısına çatmaq niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, məlumata görə, dünyanın ən böyük yaddaş mikrosxemləri və smartfon istehsalçısı Texas ştatının Ostin şəhərində mümkün zavodun tikintisi ilə bağlı məsələni öyrənir. Müəssisədə 3 nanometrlik normaların mənimsənilməsi planlaşdırılır.

 

Bildirilir ki, bu, gələcəkdə dəyişikliklərə məruz qalacaq ilkin plandır. Hazırda tikinti işlərinə bu il başlamaq, növbəti ildə əsas avadanlığı quraşdırmaq, 2023-cü ildə isə məhsul buraxılışına start vermək nəzərdə tutulur.

 

Nizam Nuriyev





Baxış sayı: 459

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024