12px13px15px17px
Tarix:25/01/21

“Apple” şirkəti “iPhone SE” və “iPhone 6s” smartfonlarının dəstəyini dayandırır

Populyar "iPhone SE" modeli "iOS 15" əməliyyat sistemindən məhrum ediləcək. Bu haqda "Apple" şirkətindəki mənbəsinə istinadən Fransanın "iPhoneSoft" nəşri məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, "iOS 15" sisteminin hazırlanması ilə məşğul olan insayderin məlumatına görə, "Apple" şirkəti "iPhone SE", "6s" və "6s Plus" modellərinin dəstəyini dayandırmağa qərar verib. Həmçinin "iPad mini 4", "iPad Air 2" və "iPad 5" planşetləri əməliyyat sisteminin yeni versiyasının xüsusi modifikasiyasından (iPadOS 15) məhrum ediləcək.

 

Göründüyü kimi, "iOS 15" sistemi "iPhone 7", "7 Plus" və yeni qurğularda əlçatan olacaq. Bundan başqa, ƏS-nin yeni versiyası yeddinci nəsil "iPod touch" və daha yeni pleyerlərdə əlçatan olacaq.

 

"iOS 15" və "iPadOS 15" əməliyyat sistemlərinin ilk beta versiyasının çıxarılması 2021-ci ilin iyununa planlaşdırılıb. "Apple" şirkətinin smartfon və planşetləri üçün əməliyyat sistemlərinin sabit versiyaları payızda təqdim ediləcək.

 

2016-cı ilin martında təqdim edilmiş "iPhone SE" bir vaxtlar dünyada ən populyar smartfon hesab edilirdi. Aparat 4 düymlük ekran, "Apple A9" çipi, 16 QB daxili yaddaş, 12 meqapiksellik tək kameraya malikdir. ABŞ şirkəti 2020-ci ilin yazında "Apple SE" modelinin yenilənmiş versiyasını təqdim edib.

 

Emil Hüseynov





Baxış sayı: 477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024