12px13px15px17px
Tarix:26/01/21

Oyun həvəskarları üçün “Xiaomi” smartfonu buraxılacaq

“Xiaomi Redmi” törəmə şirkəti oyun həvəskarları üçün smartfon buraxmağı planlaşdırır. Bu barədə şirkətin top-meneceri Lu Veybinin “Weibo” mikrobloqlar servisindəki hesabında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, onun sözlərinə görə, 2021-ci ildə “Redmi” kiberidmana diqqət yetirəcəyindən oyun həvəskarları üçün nəzərdə tutulan qabaqcıl smartfon buraxmaq niyyətindədir. “Redmi” rəhbəri qeyd edib ki, bu, brend seriyasında ilk belə qurğu olacaq.

 

Şirkət nümayəndəsi gələcək qurğunun xüsusiyyətlərini açıqlamasa da, onun qabaqcıl “Dimensity 1200” prosessoru ilə buraxılacağını vurğulayıb. Tayvanın “MediaTek” şirkətinin altı nanometrlik texnoloji proses üzrə hazırlanan prosessoru səkkiz “Cortex-A78” və “Cortex-A55” nüvəsindən ibarətdir və doqquznüvəli “Mali-G77” qrafik sürətləndiricisinə malikdir. Çip beşinci nəsil mobil rabitə şəbəkəsini və neyron şəbəkələrlə işi dəstəkləyir.

 

“Xiaomi Redmi” törəmə şirkəti oyun smartfonlarının buraxılışında ixtisaslaşıb. Çin korporasiyası 2020-ci ilin martında oyun həvəskarları üçün hazırda sonuncu hesab edilən qabaqcıl smartfon buraxıb. “Black Shark 3 Pro” modeli 7,1 düym diaqonallı “AMOLED” ekran, “Snapdragon 865” prosessoru, 12 giqabaytlıq operativ yaddaş, 64, 13 və 5 meqapikselli üçlü kamera, 5 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.

 

Nizam Nuriyev





Baxış sayı: 143

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Mart 2021

03 03 2021

03/03/21
“WhatsApp” messencerinə ünsiyyəti daha təhlükəsiz edən yeni funksiya əlavə ediləcək

“WhatsApp” messencerinə özü avtomatik silinən şəkillərin göndərilməsi funksiyası əlavə ediləcək. Bu barəd

03/03/21
Çin ucuz elektrik enerjisinə malik regionda mayninqi qadağan edəcək

Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonu ucuz elektrik enerjisinə görə mayninq üçün cəlb

03/03/21
“Microsoft” korporasiyası qarışıq reallıq platformasını təqdim edib

“Microsoft” korporasiyası başqa insanlarla işləmək və kommunikasiya qurmaq üçün öz yeni platformasını təq

03/03/21
Avropada istehsalçılar texnikanı 10 il müddətinədək təmir etməli olacaqlar

1 mart tarixində Avropa İttifaqında istehsalçıların üzərinə məişət texnikasını 10 il müddətinədək təmir e

03/03/21
Bill Qeyts “iOS” və “Android” sistemlərini müqayisə edib

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts ən yaxşı mobil əməliyyat sistemini açıqlayıb. Bu barədə

03/03/21
“Əşyalar interneti”nə mobil qoşulmaların sayı 3,5 milyarda çatacaq

2030-cu ildə mobil şəbəkələrə qoşulan “Əşyalar interneti” (Internet of Things, IoT) qurğularınn sayı 3,5

03/03/21
Dünya yarımkeçiricilər bazarında artım qeydə alınıb

Dünya çip bazarında 2021-ci ildən artım başlayıb. Belə ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (Se

03/03/21
Qatlanan “iPhone” haqqında yeni təfərrüatlar məlum olub

İlk qatlanan “Apple” smartfonu 2023-cü ilə buraxılacaq. Bu barədə “9to5mac” nəşrinin məşhur