12px13px15px17px
Tarix:24/06/11

“Google”-da böyük antiinhisar araşdırması aparılacaq

ABŞ-ın Federal Ticarət Komissiyası (FTK) “Google” şirkətinə qarşı vətəndaş iddiası hazırlayır. Ehtimal edilir ki, bu, veb-sahədə öz antiinhisar vəziyyətindən sui-istifadədə şübhəli bilinən internet-şirkətlər barəsində geniş araşdırmanın başlanğıcı olacaq.
Komissiya nümayəndələri qarşıdakı bir neçə gün ərzində “Google”-a araşdırma üçün informasiyanın verilməsi haqqında formal tələbləri göndərməyə hazırlaşırlar.
Araşdırmaya yaxın mənbələr iddia ediblər ki, internet-bazarda işləyən digər böyük şirkətlər, həmçinin “Google”-la olan sazişləri ilə bağlı informasiya barəsində rəsmi sorğu almalıdırlar.
Lakin bu, daha sonrakı mərhələlərdə yoxlanılacaq. Bu gün nə “Google”, nə də ABŞ-ın Ticarət Komissiyası araşdırma ilə bağlı məlumatları şərh etmir. Ekspertlər bu araşdırmanın ABŞ-da ən böyük antiinhisar araşdırması olacağını bildiriblər. Baxmayaraq ki, müxtəlif ölkələrin antiinhisarçıları artıq çoxdan “Google” barəsində bu və ya digər istintaq tədbirləri həyata keçirib. FTK-nin yeni araşdırması “Google”-un internetdəki işinin əsası, xüsusilə şirkətə gəlirlərin əhəmiyyətli hissəsini gətirən axtarış və reklam biznesi ilə bağlı fundamental məsələlərə aid olacaq.
Amerika məmurları “Google”-un internetdəki iş prinsipinin rəqib və partnyorlarla münasibətdə nə qədər qanuni olduğunu, həmçinin “Google”-un internet-cəmiyyətin digər iştirakçılarının hüquqlarını sıxışdırıb-sıxışdırmamağını aydınlaşdırmaq istəyirlər.
Qeyd edək ki, “Google” ilə bağlı eynilə belə araşdırmanı hələ keçən ilin noyabrında Avropa antiinhisar hakimiyyəti də aparıb. Onlar “Google”-un rəqabət haqqında Avropa qanunlarını pozduğunu bildirmişdilər. Bununla belə, ABŞ-da “Google” araşdırma üçün sadə hədəf olmayacaq.
İndi Ştatlarda qüvvədə olan qanuna əsasən, inhisarçılıq faktının sübutu üçün məmurlara geniş sübutedici baza toplamaq lazım olacaq və məhkəmələr son illər ərzində antiinhisar qanunvericiliyinin çərçivələrini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Federal Ticarət Komissiyasında mənbələr bildirib ki, ABŞ-da da, Avropada olduğu kimi, bir çox şirkətlər “Google”-un üstünlüyü öz xidmət və ya əməkdaşlıq həllərinə verərək axtarış nəticələrini yerləşdirməsindən narazıdırlar. Bundan başqa biznesdə “Google” kontekst reklamının qiymətləndirilməsi sistemi də çoxlu suallar doğurur.
Turizm bazarında işləyən “Expedia” və “TripAdivisor” şirkətləri bildiriblər ki, “Google”-da daha geniş və daha aktual bazaya malikdirlər, amma bununla belə “Google.com” axtarış sistemi üstünlüyü özünə "doğma" layihələrə verir.
Şirkət ona qarşı sui-istifadələrdə bütün ittihamları inkar edib. O, heç vaxt istifadəçilərin seçim azadlığını məhdudlaşdırmadığını və onların lazımi hesab etdiyi resurslarla işləyə bildiyini bildirib.



Baxış sayı: 1049

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024