12px13px15px17px
Tarix:29/01/21

“WhatsApp”da təhlükəli virus aşkarlanıb

“WhatsApp”da təhlükəli virus aşkarlanıb. “ESET” şirkətinin təhlükəsizlik üzrə tədqiqatçısı Lukas Stefankonun sözlərinə görə, zərərli proqram təminatı messencerdə bildirişlər vasitəsilə avtomatik yayılır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, səhv messencerin “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün versiyasında aşkarlanıb və işləyir. Belə ki, “WhatsApp”da potensial qurbana zərərli “Huawei Mobile” mobil proqramına keçid üçün link göndərilir və guya smartfon qazanmaq imkanının mövcud olması bildirilir.
 
L.Stefankonun sözlərinə görə, link istifadəçiləri tərtibatına görə “Google Play” əlavələr mağazasına bənzər sayta yönəldir. Əsas məqsəd qurbanı bu proqramı quraşdırmağa inandırmaqdır.
 
Məlumata görə, quraşdırmadan sonra proqram bildirişlər vasitəsilə hücumlar həyata keçirmək üçün onlara çıxış üçün icazə istəyir. Sürətli cavab funksiyasından istifadə edən virus linki digər istifadəçilərə göndərir. Belə bildirişlər saatda bir dəfədən çox göndərilə bilməz. Təhlükəsizlik üzrə tədqiqatçının fikrincə, bu, linkin təhlükəli olmasına şübhə yaratmamaq üçün üsuldur.
 
Proqram təminatı fon rejimində iş və digər mobil əlavələrdən kənar iş üçün icazə istəyir – bu üsuldan fırıldaqçılar tərəfindən tez-tez hesab məlumatlarının oğurlanması üçün istifadə edilir. Lakin mütəxəssisin sözlərinə görə, cinayətkarlar hələlik ondan smartfon ekranında daim reklam elanları göstərərək qazanc əldə etmək üçün istifadə edirlər.  
 
Nizam Nuriyev




Baxış sayı: 710

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024