12px13px15px17px
Tarix:20/12/11

"Nanotexnologiyalar" Elmi İstehsalat Mərkəzinə İSO:9001 sertifikatı təqdim edilib

ARDNŞ-nin idarə və müəssisələrində beynəlxalq İSO sistemlərinin tətbiqi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir, texniki proseslərin modernləşdirilməsi üzrə mütəmadi olaraq nəzərəçarpacaq nailiyyətlər qazanılır.

Yeni yaradılmış "Nanotexnologiyalar" Elmi İstehsalat Mərkəzində də fəaliyyətin dünya standartlarına uyğunlaşdırılması məqsədilə addımlar atılır.

"Nanotexnologiyalar" Elmi İstehsalat Mərkəzində İSO:9001 Keyfiyyəti idarəetmə sertifikatının təqdimetmə mərasimi keçirilmişdir.

Tədbirdə ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, AMEA Geologiya İnstitutunun direktor müavini, «Azərbaycan Neft Təsərrüfatı» jurnalının baş redaktoru, akademik İbrahim Quliyev, Dövlət Neft Şirkətinin Elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev, ARDNŞ Təlim, Tədris və Sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanov, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin müşavirləri Mustafa Gür, Ramazan Ulus, Türk Standartları İnstitutunun direktoru Həsən Taşı və digərləri iştirak etmişlər.

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyasının uğurlarından danışmış, neft-qaz sənayesinin inkişafında nanotexnologiyaların tətbiqinin əhəmiyyətini qeyd etmiş, Mərkəzin kollektivinə işlərində uğurlar arzulamışdır.

Tədbirin sonunda Türk Standartları İnstitutunun direktoru Həsən Taşı İSO:9001 "Keyfiyyəti idarəetmə sistemi" üzrə sertifikatı "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzinin direktoru Eldar Şahbazova təqdim etmiş, kollektivə gələcək işlərində uğurlar arzulamışdır.





Baxış sayı: 1463

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024