12px13px15px17px
Tarix:02/02/21

Yeni “Windows” sisteminin buraxılış tarixi açıqlanıb

“Windows 10” əməliyyat sisteminin növbəti böyük yeniləməsi iyunda buraxılacaq. Bu barədə “Windows Latest” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlər tərəfindən əməliyyat sisteminin yeni versiyasının buraxılış tarixi “Chromium” layihəsinin saytında aşkarlanıb. “Microsoft” korporasiyasının məlumatına görə, əməliyyat sisteminin buraxılışı iyunda gözlənilir. Müəlliflərin sözlərinə görə, “Windows 10 21H1” yeniləməsində böyük yeniliklər olmayacaq və sistemin işinin keyfiyyətinin yaxşılaşdırılmasına və səhvlərin aradan qaldırılmasına həsr olunacaq.

 

Məlumata görə, açıqlanan sistem yeniləməsi tərtibatçılar üçün yeni əlavələrin proqramlaşdırma interfeysi (Application Programming Interface – API) ilə təchiz ediləcək. Bundan başqa, “Microsoft” proqramçıları “Kernel Transaction Manager” (KTM) tranzaksiya dispetçer nüvəsindəki təhlükəli boşluğu aradan qaldırmaq niyyətindədirlər. “Windows 10 21H1” yeniləməsi üzərində işə fevralda başlamaq nəzərdə tutulur. Tərtibatçılar isə əməliyyat sisteminin beta versiyasından mayda istifadə edə biləcəklər.

 

Jurnalistlər qeyd edib ki, ABŞ korporasiyası tərəfindən əməliyyat sistemi üçün böyük yeniləmə adətən yazın sonunda təqdim olunur. Məsələn, “Windows 10” sisteminin 1903 və 2004 versiyaları mayın sonuncu həftəsində buraxılıb.

 

Bir müddət əvvəl məlum olub ki, “Microsoft” tərəfindən mart-iyunda “Windows 10X” – əməliyyat sisteminin zəif məhsuldarlığa malik kompüterlər üçün xüsusi versiyası buraxılacaq. Gələcəkdə ikiekranlı qurğular üçün xüsusi “10X” versiyasının təqdim olunması planlaşdırılır.

 

Nizam Nuriyev





Baxış sayı: 1056

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2022

28 05 2022