12px13px15px17px
Tarix:20/12/11

“HTC” smartfonlarının satışları qadağan edildi

ABŞ-ın Beynəlxalq Ticarət Komissiyası (ITC)  “Apple” şirkətinin patentini pozan “HTC” smartfonlarının satışlarının qadağası haqqında qərar qəbul edib. Qərar ABŞ-da yayılmış telefon nömrələrinin elektron məktublarda tanınması funksiyasını reallaşdıran modellərə aiddir.

Qadağa 2012-ci il aprel ayının 19-da qüvvəyə minəcək. Tayvan korporasiyasının rəhbərliyi, hətta “ITC” tərəfindən çıxarılmış hökmdən razı qalıb, belə ki, komissiya yalnız bir hüququn pozulması faktını təsdiqləyib.

Qeyd edək ki, “Apple” bir sıra patentlərinin “HTC” şirkəti tərəfindən pozulduğunu iddia edirdi.
Hələ ki bu, ilkin qərardır, iş üzrə son hökmü komissiya tam heyətdə fevral ayında çıxardacaq.




Baxış sayı: 713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024