12px13px15px17px
Tarix:11/02/21

“Hyundai” addımlayan dron təqdim edib

Cənubi Koreyanın “Hyundai Motor Group” istehsalçısı “addımlayan pilotsuz uçan aparat” – həm təkərlər, həm də “dörd ayaq” üzərində addımlayaraq hərəkət edən avtonom mobil platformanın yeni konseptini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Elevate” adlı bu tipli əvvəlki aparatdan fərqli olaraq yeni “TIGER X-1” (Transforming Intelligent Ground Excursion Robot) kompakt olduğundan dron vasitəsilə daşına bilər. Robotu “Hyundai” şirkətinin pilotsuz nəqliyyat vasitələrinin istehsalında ixtisaslaşan “New Horizons Studio” Kaliforniya bölməsi hazırlayıb.

 

“New Horizons Studio” rəhbəri Con Sunun “TechCrunch” nəşrinə bildirdiyinə görə, şirkət hazırkı prototipi 5 il ərzində satışa hazır qurğuya çevirmək niyyətindədir. Onun sözlərinə görə, yaxın iki ildə əsas texniki problemlər həll edilərək baza dizaynının hazırlanacağı, 2023-2024-cü illərdə isə məhsulun ilk beta versiyalarının işıq üzü görəcəyi gözlənilir.

 

Modullu arxitektura platformasına əsaslanan “TIGER X-1” kələ-kötür yollarda yerimək üçün “ayaq”lar və hamar səthlər üzərində hərəkət üçün təkərlərin daxil olduğu hibrid hərəkətlilik sisteminə malikdir. Bu halda sistem yolda maneə ilə qarşılaşdığı zaman “addımlama” rejiminə keçir. Robot, məsələn, kiçik yüklər daşıyarkən və ya müşahidə apararkən istənilən istiqamətdə hərəkət edə bilir.

 

Nizam Nuriyev





Baxış sayı: 468

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024