12px13px15px17px
Tarix:14/02/21

Azərbaycanda televiziyanın yaranmasından 65 il ötür

14 fevral Azərbaycanda televiziya yayımına başlanıldığı gündür. Belə ki, 1956-cı ilin bu günündə Şərqdə ilk televiziya məhz ölkəmizdə fəaliyyətə başlayıb.
 
Bu il Azərbaycanda televiziya yayımına başlanılmasının 65 illik, radio yayımına başlanılmasının 95 illik və Bakı Teleqüllə Kompleksinin istismara verilməsinin 25 illik yubiley tarixlərinə təsadüf etdiyindən həm televiziya, həm də radio yayımı üçün əlamətdar ildir.
 
Ötən 65 il ərzində Azərbaycanda həm texniki bazanın, həm də kadr bazasının yaradılması sayəsində ölkənin bütün bölgələrində radio-televiziya yayım stansiyaları qurulub. Hazırda həmin stansiyaların sayı 127-dir. Hər bir stansiya ən müasir maddi-texniki baza ilə təchiz olunub.
 
Hazırda radio-televiziya yayım stansiyalarında istismar olunan 110 rəqəmli TV verici vasitəsi ilə ölkədə əhali yaşayan ərazilərin 99,8 faizi sosial rəqəmli televiziya yayımı ilə təmin olunur.
 
Eyni zamanda, ölkənin əksər ərazilərində radio yayım şəbəkəsi istismar olunur. 1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi ölkənin əsas yayım mərkəzidir. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik kompleks vasitəsilə yerli və xarici ölkələrin yüzlərlə televiziya proqramları müxtəlif standart və formatlarda yayımlanır. Kompleks bir sıra tarixi əhəmiyyətli texniki uğurlara imza atıb. Belə ki, televiziyanın peykdən yayımını təmin etmək üçün beynəlxalq rəqəmli MPEG-2 standartı qəbul edildikdən cəmi bir neçə ay sonra Bakı Teleqüllə Kompleksi ərazisində "Türksat" peykinə işləyən yerüstü stansiya istifadəyə verildi. Bununla da Avropada ilk dəfə rəqəmli peyk TV yayımı Azərbaycanda həyata keçirilmiş oldu. Bu hadisə Avropada böyük marağa səbəb oldu və dünya mediasında geniş tirajlandı. Yerüstü stansiyanı quraşdıran İngiltərənin "Multipoint" şirkəti bu haqda London mətbuatında press-reliz dərc etdikdən sonra hətta BBC kimi nəhəng radio-TV korporasiyası daxil olmaqla, bir çox xarici şirkətlər bu təcrübə ilə maraqlandı. Dünya mətbuatı bu cür ən yeni texnologiyanın hansı səbəbdən ilk dəfə Azərbaycanda tətbiq edilməsindən təəccübünü gizlətmirdi.
 
Bundan başqa, 2004-cü ildə Cənubi Qafqazda ilk dəfə yerüstü rəqəmli televiziya yayımı da Bakı Teleqüllə Kompleksi üzərindən həyata keçirilib.
 
Əvvəlki illərdə bütün ölkə ərazisində televiziya yayım şəbəkəsinin qurulması əsas hədəf idisə, indi artıq həmin şəbəkəyə ehtiyatın yaradılması işləri başlanılıb. Bu günədək 40 ehtiyat rəqəmli TV verici quraşdırılıb. Yaxın illərdə ehtiyat şəbəkənin tam qurulması başa çatdırılacaq.
 
Televiziya siqnallarının daha asan qəbulu, eyni zamanda tezlik resursuna qənaət edilməsi məqsədilə 2018-ci ildə Bakı şəhərində "tək tezlikli" rəqəmli televiziya yayım şəbəkəsi qurulub. Nəticədə fərqli ərazilərdə eyni tezlikdə siqnal qəbulu mümkün olub. "Tək tezlikli" şəbəkənin genişləndirilməsi işləri davam etdirilir.
 
İşğaldan azad olunan ərazilərdə də həm televiziya, həm də radio yayım şəbəkəsinin qurulması üçün işlər aparılır.
 
İlk olaraq 2020-ci ilin 31 dekabrında Şuşa RTYS-dən 11 televiziya və 2 radio proqramının Şuşa şəhərində, eyni zamanda, ətraf rayon və şəhərlərin ərazisində yayımı təmin olunub.
 
Azərbaycanda radio-televiziya yayım şəbəkəsinin ən yeni texnologiyalar əsasında fasiləsiz və keyfiyyətli istismarı istiqamətində "Teleradio" İB tərəfindən mütəmadi tədbirlər görülür.





Baxış sayı: 1814

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Aprel 2021

20 04 2021

20/04/21
Dünyada ən populyar smartfon istehsalçısı məlum olub

“Strategy Analytics” şirkətinin məlumatına görə, 2021-ci ilin birinci rübünün nəticəsinə görə “Samsun

20/04/21
“Facebook” istifadəçilərinə genişmiqyaslı kiberhücum haqqında xəbərdarlıq edilib

“Facebook” sosial şəbəkəsinə məxsus messencerin istifadəçiləri genişmiqyaslı fırıldaqçı sxemin qurbanı ol

20/04/21
Dünyada 4 nm-lik texnoloji proses üzrə hazırlanmış ilk prosessor təqdim ediləcək

Tayvanın “MediaTek” şirkəti yeni texnoloji prosesə keçidə hazırlaşır. Bu barədə “Gizmochina” nəşri yazır.

20/04/21
“Samsung” böyük həcmli akkumulyatora malik ucuz smartfon təqdim edəcək

Cənubi Koreyanın “Samsung” şirkəti böyük həcmli akkumulyatora malik “M” seriyasına məxsus yeni smartfon h

20/04/21
Elektron Təhlükəsizlik Xidmətindən növbəti “fişinq” hücumları barədə xəbərdarlıq!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti

20/04/21
“Huawei” smartfonları ucuzlaşıb

“Huawei” şirkəti dəstdə enerjidoldurma qurğusunun olmaması səbəbindən smartfonların qiymətini

20/04/21
Gələcək “Apple” qurğuları açıqlanıb

“Apple” şirkətinin aprelin 20-də keçiriləcək tədbirində innovativ məhsullar nümayiş olunmayacaq. Bunu jur

20/04/21
Yeni smartfon defisiti proqnozlaşdırılır

Elektronika üçün prosessorların tədarükünün məhdudlaşdırılması 2022-ci ildə də davam edəcək. Bu, qurğu ça

20/04/21
“IDC”: “Bu il İT və biznes xidmətləri bazarında artım sürətlə bərpa olunacaq”

“IDC” analitik şirkəti 2020-ci ildə dünyada İT və biznes xidmətlərinin satış həcminin 1,16 faiz (sabit va