12px13px15px17px
Tarix:17/02/21

“Microsoft” korporasiyası “iPadOS” planşeti üçün “Office” proqramını təqdim edib

"Microsoft" şirkəti "Apple"ın planşetləri üçün universal "Office" proqramını təqdim edib. "Word", "Excel" və "PowerPoint"i özündə birləşdirən yeni versiya "iPadOS" üçün tamamilə optimallaşdırılıb, bölünmüş ekran (Split View) rejimini, həmçinin klaviatura və "maus"u dəstəkləyir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, yenilənmiş "Office" indi "iPadOS" üçün universal proqramdır. Bir neçə yeni alət əlçatan olub: istifadəçilər PDF faylları yarada və imzalaya, şəkilləri mətn və cədvəllərə çevirə, həmçinin "Paylaşmaq" menyusundakı sənədləri tez bir şəkildə redaktə edə bilərlər.

 

"Office" mobil proqramının yeni versiyası artıq "App Store" mağazasında əlçatandır.

 

Emil Hüseynov





Baxış sayı: 2520

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024