12px13px15px17px
Tarix:20/02/21

“Microsoft” şirkəti “Office 2021” proqram təminatını rəsmən təqdim edib

“Microsoft” şirkəti “Office” proqram təminatının iki versiyasını (Office 2021 və biznes üçün Office LTSC) rəsmi olaraq təqdim edib. “Windows” və “macOS” əməliyyat sistemləri üçün yeni proqram təminatı bu il əlçatan olacaq. Yeniliyin vacib xüsusiyyəti abunənin olmamasıdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Microsoft” şirkəti “Office 2021” proqram təminatında reallaşdırılmış funksiya və dəyişiklikləri tamamilə açıqlamayıb, amma “Office LTSC” versiyasının qara rejim, dinamik massivlər və digər yeniliklərə malik olacağı məlumdur. “Office 2021”, həmçinin analoji funksiyalarla təchiz ediləcək. Lakin istifadəçi interfeysində ciddi dəyişikliklər gözləmək lazım deyil.
 
 
 
İndi “Office LTSC” versiyası 7 il əvəzinə, 5 il dəstəklənəcək. “Office Professional Plus” və “Office Standard”ın qiyməti 10% artacaq. “Office 2021” versiyasının qiyməti əvvəlki kimi saxlanılacaq.
 
Emil Hüseynov



Baxış sayı: 3222

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024