12px13px15px17px
Tarix:22/02/21

Yeni qaydalardan imtina edən “WhatsApp” istifadəçilərinin hesabı ləğv olunacaq

“WhatsApp” messenceri istifadəçilərin yeni qaydalardan imtina edəcəyi təqdirdə onlara qarşı sanksiyalar tətbiq edəcək. Bu barədə texniki dəstək saytında yerləşdirilən məlumatda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “WhatsApp” mayın 15-dək messencerin yenilənmiş siyasətinin müddəalarını qəbul etməyən istifadəçilər üçün məlumatların göndərilməsi və oxunması funksiyalarını məhdudlaşdıracaq. Yeni qaydalara uyğun olaraq istifadəçilər məlumatları “Facebook” şirkəti ilə bölüşməlidir.

 

Məlumata görə, qeyd olunan vaxtadək istifadəçilər tərəfindən qaydalar qəbul edilməsə, onların “WhatsApp” hesabı ləğv olunmayacaq, lakin onun funksionallığı dəyişikliklər qəbul edilənədək məhdudlaşdırılacaq. Qısa müddət ərzində istifadəçilər zənglər və bildirişləri qəbul etsələr də, messencerdə bildirişləri oxuya və göndərə bilməyəcəklər.

 

Bildirilir ki, aktiv olmayan istifadəçi hesabları messencerdən istifadənin son günündən 120 gün sonra ləğv olunacaq.

 

Qeyd edək ki, son vaxtlar “WhatsApp” bütün dünyada 30 milyon istifadəçidən məhrum olub. Bu, istifadəçilər tərəfindən proqramdan istifadə üzrə yenilənmiş şərtlərin mənfi qiymətləndirilməsi ilə əlaqədardır. Messencerin yeni versiyasında “Facebook” törəmə şirkəti ilə informasiya mübadiləsi ediləcəyi açıqlanıb.

 

Nizam Nuriyev





Baxış sayı: 528

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024