12px13px15px17px
Tarix:23/02/21

“Microsoft Word” proqram təminatında mətni proqnozlaşdıran funksiya istifadəyə veriləcək

"Microsoft 365" ofis paketi üçün yol xəritəsini dərc edən "Microsoft"un tərtibatçıları perspektivli funksiyalardan birinin mətn redaktoruna inteqrasiya edilməsi planını açıqlayıb. Şirkətə yaxın mənbələrin məlumatına əsasən, "Microsoft Word" hər bir konkret istifadəçinin yazı tərzinə uyğunlaşaraq ona mətnin yığılmasında kömək edəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, mətnin proqnozlaşdırılması funksiyası ilk dəfə ötən ilin sentyabrında "Word", "Outlook.com" və "Microsoft 365" sınaq versiyasında tətbiq edilmişdi. Lakin bu funksiya yalnız Şimali Amerikada yaşayan istifadəçilər üçün məhdud rejimdə əlçatan olub. "Microsoft"un bu funksiyası yazılanları proqnozlaşdırmaqla mətnin daxil edilməsini sürətləndirməyi nəzərdə tutur.

 

Mətnin daxil edilməsi zamanı istifadəçi alqoritmə görə məna baxımından ən uyğun gələn söz və söz birləşmələrini görəcək. Onlar boz rənglə işıqlandırılacaq, istifadəçi uyğun gələn mətnin sürətli daxil edilməsi üçün TAB və ya təklif edilmiş variant uyğun gəlmədikdə "Escape" düyməsini sıxmalı olacaq.

 

Bundan başqa, "Microsoft Word" tədricən istifadəçinin yazı tərzinə uyğunlaşacaq, orfoqrafik və qrammatik səhvlərin sayını azaltmağa kömək edəcək. "Microsoft"un nümayəndələri mətnin proqnozlaşdırılmasında maşın təlimi modelindən istifadə edildiyini bildiriblər. Şirkət istifadəçi tərəfindən daxil edilmiş mətnə giriş əldə etmir.

 

Emil Hüseynov





Baxış sayı: 100

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Mart 2021

05 03 2021

05/03/21
NRYTN-in dəstəyi ilə nəşr olunan beynəlxalq jurnalın xüsusi buraxılışı Lütfi Zadənin 100 illiyinə həsr olunub

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli elm xadimi Lütfi Zad

05/03/21
“Microsoft” şirkəti veb-xidmətlərində aşkar edilmiş boşluğa görə mütəxəssisə 50 min dollar ödəyib

“Microsoft” şirkəti veb-xidmətlərində kritik boşluq aşkar etmiş informasiya təhlükəsizliyi üzrə müstəqil

05/03/21
Şəhid anaları ziyarət edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini

05/03/21
“Samsung” şirkəti zərbəyədavamlı smartfonunu təqdim edib

“Samsung” şirkəti tərəfindən təqdim edilmiş yeni zərbəyədavamlı “Galaxy XCover 5” smartfonu ən ekstremal

05/03/21
“Microsoft Edge” brauzerinin klassik versiyasının dəstəyi dayandırılır

“Microsoft” korporasiyası martın 9-da klassik “Edge” brauzerini deaktiv edəcək. Bu haqda şirkətin materia

05/03/21
“iPhone” smartfonunda təhlükəli boşluq aşkarlanıb

“Apple” şirkəti istifadəçiləri təhlükəli boşluq səbəbindən smartfonların proqram təminatını yeniləməyə ça

05/03/21
Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-

05/03/21
“Redmi Note 10 Pro” və “Note 10 Pro Max” smartfonları nümayiş olunub

Çinin “Xiaomi” şirkəti səkkiznüvəli “Snapdragon 732G” prosessoru üzərində qurulan və

05/03/21
“WhatsApp” messencerinin masaüstü versiyası üçün səsli və videozənglər əlçatan olub

“Engadget” portalının məlumatına görə, “WhatsApp” messencerinin masaüstü versiyası üçün

05/03/21
“Apple” məhkəməyə verilib

Avstraliyanın Melburn şəhərinin sakini yanmış “iPhone” smartfonuna görə ABŞ-ın “Apple” şirkətini məhkəməy

05/03/21
“Samsung” yeni 2021-ci il televizorlar seriyası təqdim edib

Cənubi Koreyanın texnoloji nəhəngi “Samsung” yeni 2021-ci il televizorlar seriyasını nümayiş etdirib. Söh