12px13px15px17px
Tarix:23/02/21

“LG Gram 360” noutbuku 16 və 14 düym ekranlı versiyalarda hazırlanıb

“LG Electronics” şirkəti nazik və yüngül “Gram” portativ kompüterlər seriyasını genişləndirərək “Intel Tiger Lake” aparat platforması üzərində qurulan “Gram 360” modelini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, seriyaya 16 və 14 düym ekranlı modellər daxildir. Ekranlı qapağı 360 dərəcə döndərərək noutbuku planşet iş rejiminə keçirmək mümkündür. Hazırda yalnız böyük versiyanın təsvir ölçüsü açıqlanıb – “WQXGA” (2560 × 1600 piksel). Həmçinin “DCI-P3” rəng məkanı 100 faiz əhatə olunub.

 

Transformerlər (şəklini dəyişən) “Intel EVO” sertifikasiyasına malikdir: “Iris Xe” qrafik sürətləndiricisinə malik on birinci nəsil “Core” prosessorundan istifadə olunub. Operativ yaddaş tutumu 8 giqabayt, quraşdırılmış yaddaş 256 giqabayt təşkil edir.

 

Kompüterlər alüminium və maqnezium ərintisindən hazırlanmış möhkəm korpusa malikdir. Çəkisi 1480 qram təşkil edən böyük versiya enerjini 80 vatt-saat tutumlu akkumulyatordan alır.

 

Hər iki noutbuk “Obsidian Black” (qara) rəngdə təklif olunacaq. Bundan başqa, 16 düymlük model üçün “Quartz Silver” (gümüşü), 14 düymlük üçün “Topaz Green” (yaşıl) nəzərdə tutulub. Qiymətlər müvafiq olaraq 2010 və 1880 dollar arasında dəyişir.

 

Nizam Nuriyev





Baxış sayı: 152

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Mart 2021

05 03 2021

05/03/21
NRYTN-in dəstəyi ilə nəşr olunan beynəlxalq jurnalın xüsusi buraxılışı Lütfi Zadənin 100 illiyinə həsr olunub

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli elm xadimi Lütfi Zad

05/03/21
“Microsoft” şirkəti veb-xidmətlərində aşkar edilmiş boşluğa görə mütəxəssisə 50 min dollar ödəyib

“Microsoft” şirkəti veb-xidmətlərində kritik boşluq aşkar etmiş informasiya təhlükəsizliyi üzrə müstəqil

05/03/21
Şəhid anaları ziyarət edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini

05/03/21
“Samsung” şirkəti zərbəyədavamlı smartfonunu təqdim edib

“Samsung” şirkəti tərəfindən təqdim edilmiş yeni zərbəyədavamlı “Galaxy XCover 5” smartfonu ən ekstremal

05/03/21
“Microsoft Edge” brauzerinin klassik versiyasının dəstəyi dayandırılır

“Microsoft” korporasiyası martın 9-da klassik “Edge” brauzerini deaktiv edəcək. Bu haqda şirkətin materia

05/03/21
“iPhone” smartfonunda təhlükəli boşluq aşkarlanıb

“Apple” şirkəti istifadəçiləri təhlükəli boşluq səbəbindən smartfonların proqram təminatını yeniləməyə ça

05/03/21
Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-

05/03/21
“Redmi Note 10 Pro” və “Note 10 Pro Max” smartfonları nümayiş olunub

Çinin “Xiaomi” şirkəti səkkiznüvəli “Snapdragon 732G” prosessoru üzərində qurulan və

05/03/21
“WhatsApp” messencerinin masaüstü versiyası üçün səsli və videozənglər əlçatan olub

“Engadget” portalının məlumatına görə, “WhatsApp” messencerinin masaüstü versiyası üçün

05/03/21
“Apple” məhkəməyə verilib

Avstraliyanın Melburn şəhərinin sakini yanmış “iPhone” smartfonuna görə ABŞ-ın “Apple” şirkətini məhkəməy

05/03/21
“Samsung” yeni 2021-ci il televizorlar seriyası təqdim edib

Cənubi Koreyanın texnoloji nəhəngi “Samsung” yeni 2021-ci il televizorlar seriyasını nümayiş etdirib. Söh