12px13px15px17px
Tarix:23/02/21

Mobil rabitə operatorları 2025-ci ilədək sahənin inkişafına təxminən 1,1 trilyon dollar sərmayə yatıracaqlar

Mobil rabitə operatorları 2025-ci ilədək sahənin inkişafına ümumilikdə təxminən 1,1 trilyon dollar məbləğində sərmayə yatıracaqlar. Bu barədə Şanxayda keçirilən Ümumdünya Mobil Konqresinin açılış mərasimində çıxış etmiş GSMA assosiasiyasının baş direktoru Mats Qranrid bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, Qranridin sözlərinə görə, 2021-ci ilin sonunadək planet əhalisinin təxminən beşdə biri “5G” şəbəkəsi ilə təmin ediləcək. O dəqiqləşdirib ki, hazırda “5G” şəbəkəsini dəstəkləyən təxminən 200 müxtəlif mobil qurğu modeli qlobal bazarda təqdim edilib.

 

Assosiasiyanın baş direktoru Çində beşinci nəsil rabitə infrastrukturunun çox sürətli inkişafını qeyd edib. Onun sözlərinə görə, Çində 2025-ci ilədək bütün mobil qoşulmaların təxminən 50%-i “5G” rabitə şəbəkəsinin köməyilə həyata keçiriləcək.

 

25 fevral tarixinədək davam edəcək konqresdə telekommunikasiya sənayesindən 200-dən çox eksponent iştirak edəcək.

 

Emil Hüseynov





Baxış sayı: 597

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024