12px13px15px17px
Tarix:21/12/11

Antivirus proqram təminatı bazarı 2012-ci ildə 8,7% artacaq

Haker hücumları və ziyanverici proqram təminatının artması 2012-ci ildə də aktual olacaq. Bu barədə “Canalys” analitik şirkəti proqnoz verib.

Şirkət gələn il üzrə  antivirus sənayesinin inkişafı haqqında öz proqnozunu dərc edib. Proqnoza əsasən, 2012-ci ildə bütün əsas antivirus şirkətlərinin mədaxil və gəliri arta bilər.

“Canalys” şirkətinin proqnozuna əsasən, 2012-ci ildə antivirus proqram təminatı və qoruyucu platformaların korporativ bazarı 8,7% artaraq 22,9 milyard dollar təşkil edəcək.

2012-ci ildə əsas antivirus şirkətləri “Symantec”, “MacAfee” və “Trend Micro” olacaqlar, lakin “Panda Security” şirkəti, “Kasperski Laboratoriyası” və “AVG Laboratoriyası” onları satış həcmlərinə görə izləyəcəklər.




Baxış sayı: 1589

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024