12px13px15px17px
Tarix:01/03/21

Türkiyə Aya missiya üçün unikal hibrid raket yaradacaq

Türkiyə 2023-cü ildə Aya pilotsuz kosmik aparatı çatdırmağa imkan verəcək hibrid raket üzərində çalışır. Bu barədə ölkənin sənaye və texnologiyalar naziri Mustafa Varank “Anadolu” agentliyinə müsahibədə bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, nazir deyib: “İlk buraxılışı biz beynəlxalq şirkətlərlə əməkdaşlıqda həyata keçirəcəyik. Lakin bizim kosmik aparat Aya yerətrafı orbitə unikal milli raketin buraxılışı vasitəsilə çatdırılacaq”.

 

M.Varankın sözlərinə görə, Türkiyənin kosmik proqramı ölkənin “kosmik sahədə yüksək liqa”ya çıxarılmasına yönəlib.

 

Fevralın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Milli Kosmik Proqramın təqdimatı zamanı ölkə tərəfindən 2023-cü ilin sonunadək kosmik aparatın Aya ekspedisiyaya göndəriləcəyini bəyan edib.

 

Proqrama, həmçinin meteoroloji peyklərin inkişafı və kosmik sahə üçün kadrların hazırlanması daxildir. Prezident vurğulayıb ki, Ankara peyklərdən əldə edilən məlumatların təhlükəsizliyini təmin edəcək.

 

Yanvarın sonunda verilən məlumata görə, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask və Prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Yanvarın 8-də “SpaceX” şirkəti Türkiyənin “Turksat 5A” telekommunikasiya peykini daşıyan “Falcon 9” raketdaşıyıcısının buraxılışını həyata keçirib. Rəqəmli televiziya və genişzolaqlı internet xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan peyk 2021-ci ilin ikinci yarısında fəaliyyətə başlayacaq. O, Türkiyənin orbitdəki dördüncü aparatı olacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 146

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Aprel 2021

14/04/21
“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin

14/04/21
Məhsulların yararlılıq müddətini izləyən qiymət cədvəlləri hazırlanıb

İsrailin “Wasteless” startapı məhsulların yararlılıq müddətini izləyən qiymət cədvəlləri hazırlayıb. Məhs

14/04/21
“Sony” şirkəti 4K ekrana malik yeni qabaqcıl “Xperia 1 III” smartfonunu nümayiş etdirib

Yapon şirkəti “Snapdragon 888” prosessoru ilə təchiz edilmiş “Sony Xperia 1” qabaqcıl smartfonunun üçün

14/04/21
Aparıcı İT şirkətlərinin “Computex 2021 Hybrid” sərgisində iştirakı təsdiqlənib

Tayvanın Xarici Ticarətin İnkişafı Şurası (TAITRA) dünyanın aparıcı informasiya texnologiyaları şirkətlər

14/04/21
Yeni “Apple” qurğuları nə vaxt təqdim ediləcək?

“Apple” şirkətinin yeni qurğuları aprelin 20-də nümayiş olunacaq. Bu barədə “The Verge” nəşri məlumat yayıb.

14/04/21
“Samsung” şirkəti "ən güclü" “Galaxy” qurğusunu elan edib

“Samsung Electronics” şirkəti 28 aprel tarixində keçiriləcək “Galaxy Unpacked” təqdimat mərasimində

14/04/21
“Samsung” şirkəti “Galaxy Tab A7 Lite” adlı ucuz yığcam planşetini təqdim edəcək

“Samsung” şirkəti “Galaxy Tab A7 Lite” adlı ucuz planşetini təqdim etmək niyyətindədir. Qurğu haqqında Çi

14/04/21
Sinqapurda ərzaqlar “Camello” robotları ilə çatdırılmağa başlayıb

Pandemiya şəraitində məhsulların çatdırılması xidmətinə yüksək tələbatı nəzərə alan Sinqapurun “OTSAW Dig

14/04/21
“Canalys”: “Dünya kompüterlər bazarının həcmi sürətlə artır”

“Canalys” şirkəti qlobal fərdi kompüterlər bazarı üzrə statistika dərc edərək məsafədən iş və distant təh

13 04 2021

13/04/21
“WhatsApp” messencerinin istifadəçiləri yeni boşluq haqqında xəbərdar ediliblər

Mütəxəssislər “WhatsApp” messencerində istifadəçinin hesabını bloklamağa imkan verən yeni boşluq aşkar ed

13/04/21
“Microsoft” korporasiyası “Nuance” şirkətini 19,7 milyard dollara satın alıb

“Microsoft” korporasiyası danışığı mətnə çevirmək üçün proqram alətləri hazırlayan ən böyük şirkət

13/04/21
“8K” formatlı televizorların gələcəyi təsvir edilib

“Strategy Analytics” analitik agentliyi dörd ildən sonra böyük ekran diaqonalına malik “4K” formatlı tele

13/04/21
“Snapdragon 888” platformalı “Xiaomi Mi 11X” smartfonu buraxılacaq

Çinin “Xiaomi” şirkəti güclü “Mi 11X” smartfonunun tezliklə nümayiş etdiriləcəyini bildirən təsvir

13/04/21
“Apple” şirkəti videokamera və səs tanıma funksiyasına malik TV konsol hazırlayır

“Apple” korporasiyası tərəfindən hazırlanan qurğu özündə “Apple TV” konsolunu, həmçinin səs tanıma

13/04/21
Smartfonun yuxuya təsiri araşdırılıb

Smartfon insanın sağlamlığına, həmçinin onun yuxusuna mənfi təsir göstərə bilər. Bu barədə “WeChat”da öz

13/04/21
“Samsung” şirkəti “OLED” panelləri əsas rəqibindən alacaq

Cənubi Koreyanın “Samsung” və “LG” şirkətləri arasında tarixi saziş imzalanıb. Belə ki, “Samsung”

13/04/21
“HarmonyOS” sistemli ilk “Huawei” planşeti təqdim ediləcək

Çinin “Huawei” şirkəti “MatePad Pro” planşetinin ikinci nəslini buraxılışa hazırlayır. Qurğu şirkətin öz