12px13px15px17px
Tarix:02/03/21

“Windows 10” əməliyyat sisteminin ən populyar versiyası məlum olub

“Windows 10” əməliyyat sisteminin mayda təqdim edilmiş versiyası ən populyar olub. Bu barədə “AdDuplex” platformasının fevral hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, şirkət “Microsoft Store” mağazasından təxminən 80 min kompüterə quraşdırılmış 5 min proqramın məlumatlarını özündə birləşdirir. Kompüterlərdən toplanılmış informasiyaya əsasən, “Windows 10 May 2020 Update” və ya “Windows 10” (2004) yenilənməsi “Microsoft” korporasiyasının mövcud əməliyyat sisteminin ən populyar versiyası hesab edilir.

 

Analitiklər “Windows 10” sistemi üçün köhnə yeniləmələrin bazar payının tədricən azalmasını qeydə alırlar. Məsələn, mütəxəssislərin araşdırmasına görə, “Microsoft”un məhsullarından istifadə edənlərin yalnız 5,8%-i 2019-cu ilin mayında təqdim edilmiş “Windows 10” (1903) yeniləməsindən istifadə edirlər.

 

Emil Hüseynov





Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024