12px13px15px17px
Tarix:03/03/21

Bill Qeyts “iOS” və “Android” sistemlərini müqayisə edib

"Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts ən yaxşı mobil əməliyyat sistemini açıqlayıb. Bu barədə "GeekWire" nəşrinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta " resursuna istinadən yazır ki, fevralın 24-də milyarder jurnalist Endryu Ross Sorokinin dəvəti ilə "Clubhouse" mobil proqramının canlı efirində iştirak edib. Yeni "Clubhouse" mobil proqramını müzakirə edən iştirakçılar hazırda ondan yalnız "iPhone" smartfonlarında istifadənin mümkün olmasını qeyd ediblər. B.Qeyts "Apple" smartfonlarından daim istifadə edib-etməməsi ilə bağlı suala mənfi cavab verib.

 

B.Qeyts, həmçinin "iOS" və "Android" əməliyyat sistemlərinin müqayisəsini apararaq "Android" sisteminin idarəetməsi ilə işləyən qurğulara üstünlük verməsini qeyd edib. "Bir sıra "Android" smartfon istehsalçıları əvvəlcədən "Microsoft" proqram təminatını quraşdırır və bu mənim həyatımı asanlaşdırır", – İT korporasiyasının təsisçisi vurğulayıb. Sahibkar, həmçinin bəyan edib ki, "Microsoft" mobil əlavələri "Google" şirkətinə məxsus əməliyyat sistemi ilə daha yaxşı uyğunluq təşkil edir. O, artıq "Android" smartfonlarına öyrəşdiyini əlavə edib.

 

Daha sonra E.Sorokin və B.Qeyts arasında dialoqa "Clubhouse" təsisçisi Pol Devisson qoşulub. O, gələcəkdə "Android" üçün nəzərdə tutulan mobil əlavənin buraxılacağını deyib.

 

Bundan başqa, "Clubhouse" sessiyası çərçivəsində B.Qeyts sərmayədarları bitkoin alışından çəkinməyə çağırıb. O bildirib ki, rəqəmli valyutanın dəyişkənliyi yüksəkdir, bu səbəbdən onu alarkən çoxlu vəsait itkisi riski mövcuddur.

 

Nizam Nuriyev





Baxış sayı: 446

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024