12px13px15px17px
Tarix:03/03/21

Çin ucuz elektrik enerjisinə malik regionda mayninqi qadağan edəcək

Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonu ucuz elektrik enerjisinə görə mayninq üçün cəlbedicidir. Ancaq bu, region hakimiyyətinin xoşuna gəlmir. Onlar kriptovalyutanın əldə edilməsi prosesini (mayninq) qadağan etməyi planlaşdırırlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, hazırda dünyada bitkoin mayninqinin 8%-i Daxili Monqolustanın payına düşür. Lakin region hakimiyyəti 2021-ci ilin sonunadək daxili enerji istehlakının təxminən 1,9% azaldılmasını nəzərdə tutur.

 

Məlumata görə, ehtimal ki, Daxili Monqolustanın hakimiyyəti metaləritmə kimi daha ənənəvi sahələrə üstünlük verir.

 

“CoinMarketCap” nəşrinin məlumatına görə, hazırda bitkoin 47782 dollara satılır.

 

Emil Hüseynov





Baxış sayı: 574

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024