12px13px15px17px
Tarix:04/03/21

Smartfon çatışmazlığı proqnozlaşdırılır

Çinin "ITHome" nəşrində smartfon defisiti üçün zəmin yarandığı bildirilən material dərc olunub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta " resursuna istinadən yazır ki, mikroçiplərdə kəskin çatışmazlığın mövcudluğunu "Xiaomi" rəhbəri Lu Veybin bəyan edib. Onun sözlərinə görə, smartfonların yaradılması üçün lazım olan prosessorlar ehtiyatda yoxdur ki, bu da qurğuların istehsalına mane olur. Jurnalistlərin telefon əlaqəsi yaratdığı "Realme" şirkətinin adı açıqlanmayan nümayəndəsi smartfonlar üçün komponent hissələri ilə bağlı problemlərin mövcudluğunu təsdiqləyib. Şirkətdəki mənbə qeyd edib ki, əsas "Qualcomm" mikrosxemləri ehtiyatı artıq tükənib.

 

Smartfonların istehsal zənciri ilə əlaqəsi olan blogerlərin məlumatına görə, "Qualcomm" mikroprosessorlarının tədarükü ilə bağlı yubanmalar bəzən 30 həftəyə çatır. Bir sıra hallarda "CSR Bluetooth" audioçiplərinin tədarükləri 33 həftəyədək gecikir. Bununla əlaqədar ekspertlər tərəfindən bazarda smartfonların defisiti proqnozlaşdırılır.

 

Tayvan analitikləri vurğulayıb ki, komponent hissələr çatışmazlığı 2021-ci ilin sonunadək davam edə və növbəti ilə adlaya bilər. Prosessor çatışmazlığı istehsalın artmasına və tədricən pandemiyadan əvvəlki dövrə daxil olmağa xidmət edir. Aparıcı Çin şirkətləri – "Huawei", "Oppo", "vivo" və "OnePlus" istehsal xəttində smartfonların sayını artırırlar.

 

Bununla yanaşı, analitiklər hesab edir ki, defisitlə bütün smartfon istehsalçıları və ya bütün qurğu modelləri üzləşməyə bilər. Lakin qurğuların qlobal tədarükündə azalmanın ilin sonunadək davam edəcəyi gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 446

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024