12px13px15px17px
Tarix:04/03/21

Smartfonun enerjisini saxlamaq üçün üsul açıqlanıb

ABŞ-ın mobil rabitə operatoru abunəçilərə enerjini qorumaq üçün smartfonda "5G" şəbəkəsini söndürməyi tövsiyə edib. Bu barədə "The Verge" nəşrinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta " resursuna istinadən yazır ki, jurnalistlər ABŞ-ın nəhəng provayderi – "Verizon" şirkətinin "Twitter" paylaşımına diqqət yetiriblər. Abunəçilərə texniki dəstək bölməsinin əməkdaşı beşinci nəsil mobil rabitəsinin işini söndürərək "5G" standartına malik qurğunun avtonomluğunu yaxşılaşdırma üsulunu açıqlayıb. "Qurğunun işləmə vaxtını uzatmaq üçün üsullardan biri "LTE" şəbəkəsini qoşmaqdır", – məlumatda bildirilir.

 

Müəlliflər qeyd edib ki, "Verizon" nümayəndələri abunəçiləri "5G" şəbəkəsindən imtinaya çağırmasalar da, ehtiyatla ona işarə ediblər. Bir müddət sonra fevralın 28-də dərc edilən "tvit" silinib.

 

Bir sıra "Verizon" abunəçiləri operatorun tövsiyəsini mənfi qəbul edərək üsulu problemi aradan qaldırmayan yarımtədbir adlandırıb. Bundan əlavə, istifadəçilərin bir qismi beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən yeni və bahalı telefon alaraq sonradan onun "5G" şəbəkəsini söndürməyi absurd hesab edib.

 

Abunəçilərlə söhbətdə "Verizon" nümayəndələri qeyd edib ki, hazırda şirkətin prioritetlərindən biri yüksəksürətli "mmWave" diapazonunu dəstəkləyən əhatə dairəsinin genişləndirilməsidir. Jurnalistlər vurğulayıb ki, "5G" standartına tam keçid gələcəkdə ABŞ operatorlarının abunəçilərinə "LTE" şəbəkəsindən imtina etməyə imkan verəcək.

 

Yeni "Apple" smartfonlarını öyrənən jurnalistlərin sözlərinə görə, qurğular "5G" vasitəsilə məlumatların ötürülməsi şəraitində məhdud işləmə müddətinə malikdir. Məsələn, "iPhone 12" modeli ilə bağlı problemlər yüksək məlumat ötürmə sürəti ilə seçilən millimetrlik diapazondan (mmWave) istifadə zamanı yaranır.

 

Nizam Nuriyev





Baxış sayı: 447

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024