12px13px15px17px
Tarix:05/03/21

“Apple” məhkəməyə verilib

Avstraliyanın Melburn şəhərinin sakini yanmış "iPhone" smartfonuna görə ABŞ-ın "Apple" şirkətini məhkəməyə verib. Bu barədə yerli "Seven News" nəşrinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, alim Robert De Rouz İT nəhənginə qarşı iddia qaldırmaq üçün hüquqşünaslara müraciət edib. Mübahisə predmeti De Rouzun şalvarının cibində yanan "iPhone Xs" modeli olacaq. O bildirib ki, bud nahiyəsində ağrı hiss etdikdən sonra gurultulu səs və fışıltı eşidib: "Mən atıldım və dərhal telefonumun yandığını başa düşdüm", – alim qeyd edib.

 

De Rouz qurğunu tez cibdən çıxararaq onu yerə atmağa çalışıb. İnsidentdən sonra onda ikinci dərəcəli yanıqlar qeydə alınıb, eləcə də geyimi zədələnib. "Hər yer kül idi, ayağımın dərisi soyulmuşdu", – zərərçəkmiş vurğulayıb. Qurğu 2019-cu ildə yanıb, lakin De Rouzun sözlərinə görə, "Apple" şirkəti ona edilən müraciətdən sonra baş verən hadisəni müzakirə etməkdən imtina edib.

 

"iPhone Xs" istifadəçisinin iddiası ilə "Carbone Lawyers" hüquq şirkəti məşğul olacaq. De Rouz deyib ki, "Apple" tərəfindən reaksiyanın verilməməsindən hiddətlənib və kompensasiya almaq və ABŞ brendinin milyonlarla smartfon sahibini mümkün təhlükə barədə xəbərdar etmək niyyətindədir.

 

Hüquq şirkətinin nümayəndəsi jurnalistlərə bildirib ki, məhkəmə tərəfindən De Rouzun işindən başqa ABŞ korporasiyasının texnikasından istifadə edən digər istifadəçinin iddiasına baxılacaq. Bir müddət əvvəl "Carbone Lawyers" şirkətinə "Apple Watch" saatının yanaraq ziyan vurduğu Melburn sakini müraciət edib.

 

"Apple" nümayəndəsi bəyan edib ki, şirkət istifadəçilərin təhlükəsizliyinə ciddi yanaşır. Korporasiya hüquqşünasları artıq smartfon və saat sahibinin iddiaları ilə tanış olublar.

 

Nizam Nuriyev





Baxış sayı: 121

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2021

22 04 2021

22/04/21
“Samsung” şirkəti köhnə smartfonları “ağıllı” ev qurğularına çevirəcək

“Samsung Electronics” şirkəti tərəfindən elan edilən “Galaxy Upcycling at Home” təşəbbüsü çərçiv

22/04/21
Virtual reallıq bazarında 51 faizlik illik artım gözlənilir

Dünya virtual reallıq bazarının illik həcmi 51,1 faiz (CAGR göstəricisi) artaraq 2026-cı ildə 100 milyard

22/04/21
“Instagram”da yeni funksiya əlçatan olacaq

“Instagram”da istifadəçilərə təhqiramiz ifadələrdən ibarət mesajları gizlətməyə imkan verəcək yeni funksi

22/04/21
Ən populyar smartfon istehsalçısı açıqlanıb

“Samsung” şirkəti 2021-ci ilin birinci rübünün yekunları üzrə ən böyük smartfon

22/04/21
“Apple” şirkətinin “AirTags” “ağıllı” cihazı xəritələrin köməyi ilə əşyaları tapmağa imkan verəcək

“Apple” şirkəti başqa əşyaları tapmağa kömək edəcək “AirTags” adlı ilk “ağıllı” cihazını təqdim

22/04/21
“Siemens” və “Google” süni intellekt sahəsində əməkdaşlıq edəcək

Almaniyanın sənaye nəhəngi “Siemens” və “Google” korporasiyası prosesləri optimallaşdırmağa və zavodların

22/04/21
“Amazon” Londonda yeni texnologiyanın sınaqdan keçiriləcəyi bərbərxana açıb

“Amazon” şirkəti Londonda sənayedə ən yeni texnologiyaların sınağının planlaşdırıldığı “Amazon Salon” adl