12px13px15px17px
Tarix:05/03/21

“Microsoft Edge” brauzerinin klassik versiyasının dəstəyi dayandırılır

“Microsoft” korporasiyası martın 9-da klassik “Edge” brauzerini deaktiv edəcək. Bu haqda şirkətin materiallarına istinadən “ITHome” resursu məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, jurnalistlər “Microsoft”un dəstək xidmətinin nümayəndələrinin müraciətinə diqqət yetiriblər. Müraciətdə deyilir ki, “Windows” əməliyyat sistemi üçün yeni yeniləmə paketinin quraşdırılmasından sonra “Edge” brauzerinin köhnə versiyası sistemdən silinəcək. 13 aprel tarixindən yayılmağa başlanacaq yeniləmənin quraşdırılmasından sonra artıq “Edge” brauzerinin klassik versiyasından istifadə etmək mümkün olmayacaq.

 

Həmçinin korporasiyanın nümayəndələri brauzerin klassik versiyasına dəstəyin dayandırılması müddətini açıqlayıblar. 9 mart tarixindən etibarən brauzer təhlükəsizlik yeniləmələri daxil olmaqla yeniləmələr almayacaq.

 

Yeni “Edge” brauzeri daha yaxşı təhlükəsizliyi və “Microsoft”un ekosistemi ilə uyğunluğu təmin edir.

 

Emil Hüseynov





Baxış sayı: 491

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024