12px13px15px17px
Tarix:02/04/21

“IDC”: “Ötən il elektron aksesuarların satışı 30 faiz artıb”

2020-ci ilin dördüncü rübündə dünyada 153,5 milyon “ağıllı” saat və digər elektron aksesuar satılıb ki, bu da 2019-cu ilin dördüncü rübündən 27,2 faiz çoxdur. İl ərzində ümumilikdə 444,7 milyon qurğu satılıb. Bu, 2019-cu ili 28,4 faiz üstələyib. Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkət analitiklərinin sözlərinə görə, pandemiya zamanı istehlakçılar asudə vaxt xərclərini elektronikanın alışına yönəldirlər. Bundan başqa, sağlamlığa yüksək diqqət fitnes-treker və tibbi funksiyalı (temperatur, nəbz və s. ölçən) digər aksesuarlara tələbatı artırıb. Lakin artım bütün bazar seqmentlərində qeydə alınmayıb. Belə ki, bilərziklərin satışı 17,8 faiz azalaraq hazırda ümumi satış həcminin 11,5 faizini təşkil edir. Həmçinin 64,2 faiz qulaqcıqların, 24,1 faiz saatların payına düşür.

 

“Apple” ən böyük elektron aksesuar istehsalçısı olaraq qalır. “Apple” saatlarının satışı 45,6 faiz, qulaqcıqlarının 22 faiz artıb. “Apple” şirkəti ümumilikdə 55,6 milyon (bazarın 36,2 faizi) qurğu satıb.

 

İkinci yeri satış həcmində artımı 5 faiz təşkil edən “Xiaomi” tutub. Populyar “Mi Band” qurğularının satışı komponent hissələrin çatışmazlığı səbəbindən 18,3 faiz azalıb. “Samsung” şirkəti üçüncü yerini (bazarın 8,5 faizi) qoruyub. “Huawei” şirkəti isə dördüncü (6,7 faiz) pilləyə enib. Beşinci (3,5 faiz) mövqedə yalnız Hindistanda fəaliyyət göstərən “BoAt” şirkəti qərarlaşıb.

 

Nizam Nuriyev





Baxış sayı: 479

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024