12px13px15px17px
Tarix:02/04/21

“Sony” apreldə yeni qabaqcıl “Xperia 1 III” smartfonunu təqdim edəcək

Yaponiyanın “Sony” şirkəti yeni qabaqcıl “Xperia 1 III” smartfonunu təqdim edəcək. Bu barədə “Sony Xperia”nın rəsmi “YouTube” platformasında məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “GSMArena” nəşrinin məlumatına görə, Yaponiya şirkəti ən azı üç smartfon təqdim edəcək. “Snapdragon 765G” prosessoru ilə təchiz edilmiş “Xperia 10 III” və “Xperia Compact” qurğuları həmin smartfonlar arasındadır. 5,5 düym diaqonallı ekrana malik sonuncu qurğu “Android” dünyasında bir növ “iPhone 12 mini”nin analoqu olacaq.
 
Əsas yenilik “Xperia 1 III” cihazı “Snapdragon 888” prosessoru, 4K təsvir ölçülü 6,5 düym OLED displey, 16 QB əməli yaddaş və 512 QB daxili yaddaşla təchiz ediləcək.
 
14 aprel tarixinə planlaşdırılmış təqdimat onlayn formatda keçiriləcək.
 
Emil Hüseynov



Baxış sayı: 982

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024