12px13px15px17px
Tarix:05/04/21

“WhatsApp” messencerlər arasında öz mövqeyini itirməyə davam edir

İlin əvvəlində “WhatsApp” messencerinin rəsmisi istifadəçi razılaşması qaydalarının “Facebook” ilə daha geniş inteqrasiya edilməsi istiqamətində dəyişdiriləcəyini elan etmişdi. Bu səbəbdən istifadəçilər alternativ messencerlər axtarmağa başlayıblar. Bu yaxınlarda dərc edilmiş hesabata görə, “WhatsApp” messenceri hələ də öz mövqeyini itirir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, məlumata görə, istifadəçilər “Signal” messencerini əvvəlkindən daha çox quraşdırmağa başlayıblar. İndi “Signal” messenceri dünyada yükləmələrə və aylıq aktiv istifadəçilərinin sayına görə ən sürətlə inkişaf edən proqramdır.

 

“Telegram” messenceri isə aylıq aktiv istifadəçilərinin sayına görə dünyada ikinci yerdədir. “Signal” və “Telegram” mobil tətbiqlərinin yükləmələri günbəgün artır.

 

“WhatsApp”ın yeni qaydaları mayın 15-dən qüvvəyə minir. Həmin qaydaları qəbul etmədikdə messencerdən tam istifadə mümkün olmayacaq.

 

Emil Hüseynov





Baxış sayı: 526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024