12px13px15px17px
Tarix:07/04/21

“Apple TV” qurğusu yeni imkanlarla təchiz ediləcək

"Apple" şirkəti "Apple TV" qurğusunu yeniləyərək onu yeni imkanlarla təchiz edəcək. Bu barədə "Mydrivers" portalı məlumat yayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "RIA Novosti" resursuna istinadən yazır ki, yeni TV qurğusunun adı "tvOS 14.5" əməliyyat sisteminin beta versiyasının kodunda qeyd olunur. Orada göstərilir ki, qurğu 120 giqahers yeniləmə tezliyini dəstəkləyir. Bunun həyata keçirilməsi üçün müvafiq monitor və ya televizor tələb olunur.

 

Qurğunun "Apple A14 Bionic" birkristallı sisteminə əsaslanacaq aparat hissəsində ciddi dəyişikliklər göslənilir. Analoji prosessor "iPhone 12" smartfonunda tətbiq edilib.

 

"Apple TV" qurğusu smartfondan axtarışı dəstəkləyən yeni məsafədən idarəetmə pultu ilə təchiz ediləcək. "Apple" şirkəti "Apple TV" üçün xüsusi oyun manipulyatoru da buraxa bilər.

 

Yeni nəsil "Apple TV" qurğusunun 2021-ci ilin sonunda təqdim ediləcəyi gözlənilir. 64 giqabaytlıq toplayıcıya malik əsas variantın qiymətinin 150 dollar təşkil edəcəyi bildirilir.

 

Nizam Nuriyev





Baxış sayı: 469

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024