12px13px15px17px
Tarix:07/04/21

Smartfonların bahalaşacağı proqnozlaşdırılır

Smartfonların istehsalı üçün komponent hissələrin çatışmazlığı səbəbindən onlar bahalaşacaq. Bu barədə Çinin “MyDrivers” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, nəşr analitiklərinin sözlərinə görə, telefonların buraxılışı üçün komplekt hissələrin olmaması şirkətlərə qiymətləri qaldıraraq buna görə defisiti günahlandırmağa imkan verir.

 

Nümunə kimi jurnalsitlər tərəfindən “Realme” şirkətinin bu yaxındlarda dərc edilən hesabatı göstərilir. Hesabata görə, şirkət rəhbərliyi smartfonlar bazarında qiymətlərin tezliklə bahalaşacağını proqnozlaşdırır. Şirkətin məlumatına görə, bahalaşma ilin ikinci yarısında nəzərə çarpacaq. “Görünür, top-menecerlər bizi qiymət artımının qaçılmaz olduğuna hazırlayırlar”, - müəlliflər qeyd edib. Onların sözlərinə görə, bununla iri şirkətlər istehlakçıları qurğuları daha aktiv almağa sövq edirlər.

 

Digər tərəfdən, smartfon istehsalçıları bahalı qabaqcıl qurğular buraxmağa davam edirlər.

 

Nizam Nuriyev





Baxış sayı: 506

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024