12px13px15px17px
Tarix:07/04/21

2021-ci ildə İT sahəsində xərclər ilk dəfə 4 trilyon dolları ötəcək

"Gartner" analitik şirkəti qlobal informasiya texnologiyaları bazarı üzrə yeni proqnozunu dərc edib: bu sektorda dünyanın müxtəlif regionlarında pandemiya və iqtisadi çətinliklər səbəbindən qeydə alınmış ötənilki azalmadan sonra artım müşahidə olunacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3dnews.ru" saytına istinadən yazır ki, analitiklər hər cür elektron qurğular, korporativ sinfə məxsus proqram təminatı, məlumatların işlənməsi mərkəzləri üçün sistemlər, İT xidmətləri və rabitə xidmətləri sahəsi üzrə xərcləri hesablayıblar.

 

2020-ci il üzrə bu sahənin həcmi 3,76 trilyon dollar olub. Bu, ötən illə müqayisədə 2,2% daha azdır. Elektron qurğular seqmentində daha böyük azalma qeydə alınıb: tədarükçülərin gəliri 6,9 % azalıb.

 

Lakin artıq bu il qlobal İT sahəsində artım qeydə alınacaq. "Gartner"in mütəxəssislərinin hesablamasına görə cari ildə İT sahəsinin həcmi 2020-ci illə müqayisədə 8,4% yüksələrək 4,07 trilyon dollar təşkil edəcək.

 

Emil Hüseynov





Baxış sayı: 597

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024