12px13px15px17px
Tarix:08/04/21

“İnsan beyini kimi” işləyən “Sony” televizorları satışa çıxarılıb

Yaponiyanın “Sony” şirkəti ilin əvvəlində koqnitiv intellektə malik “Bravia XR” televizorlarını təqdim edib. Yeni qurğuların fərqləndirici cəhəti video və səsin emalına cavabdeh olan xüsusiləşmiş “Cognitive Processor XR” prosessoru ilə təchiz edilməsindədir. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni prosessor “insan beyini kimi” işləyir.

Yanvarda “Sony” yeni seriyaya aid çoxlu televizor təqdim etsə sə, onların qiyməti və satışa çıxarılma tarixi barədə sonradan məlumat veriləcəyini bildirib. Məlumata görə, 50, 55 və 65 düym diaqonallı “X90J” modelləri hazırda satışa çıxarılıb, 75 düymlük versiya isə bir müddət sonra təqdim ediləcək.

Qeyd olunan ölçülü televizorların qiyməti müvafiq olaraq 1300, 1500 və 1800 dollar təşkil edir. 75 düymlük televizorun qiyməti hələ ki açıqlanmayıb.

Nizam Nuriyev





Baxış sayı: 551

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024