12px13px15px17px
Tarix:09/04/21

“LG” şirkətinin “Android” smartfonları 3 il sistem yeniləməsi ilə təchiz ediləcək

Bu günlərdə smartfonlar bazarını tərk etməsini və onların hazırlanması ilə məşğul olan bölmənin bağlanılmasını rəsmən bəyan edən Cənubi Koreyanın “LG” şirkəti əvvəllər buraxılan qurğuların üç il ərzində “Android” əməliyyat sistemi yeniləməsi ilə təchiz ediləcəyini vəd edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, “Velvet”, “Wing” smartfonları, eləcə də 2019-cu ildə və daha sonra buraxılan “G” və “V” seriyalı qurğular buraxılışı ilindən etibarən üç “Android” yeniləməsi ilə təchiz olunacaq. Bundan başqa, 2020-ci ilin bir sıra modelləri, o cümlədən “LG Stylo” və “K” seriyalı qurğular iki sistem yeniləməsi ilə təchiz ediləcək. Məsələn, 2020-ci ildə buraxılan və “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “LG Velvet” smartfonu “Google” şirkətinin mobil əməliyyat sisteminin yeni versiyasının illik buraxılış praktikasını qoruyacağı təqdirdə yaxın gələcəkdə “Android 11”, perspektivdə isə “Android 12” və “Android 13” sisteminədək yenilənəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 505

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024