12px13px15px17px
Tarix:09/04/21

Ən güclü “iPhone” smartfonları açıqlanıb

Qabaqcıl “iPhone 12 Pro Max” smartfonu “Apple” şirkətinin ən güclü qurğular reytinqində altıncı yeri tutub. Qurğuların tam siyahısı “AnTuTu” saytında dərc olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, 2021-ci ilin martı üçün məhsuldarlıq testinin nəticələrinə görə, ən güclü “Apple” mobil qurğuları reytinqinin birinci pilləsində 12,9 düymlük üçüncü nəsil “iPad Pro” planşeti qərarlaşıb. “Apple A12X Bionic” prosessoru, 4 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırlmış yaddaşla təchiz edilən planşet 727 min bal toplayıb. İkinci və üçüncü mövqelərdə “iPad Pro” planşetinin müvafiq olaraq 4717 və 712 min xal qazanan 12,9 və 11 düymlük versiyaları yer alıb.

 

ABŞ brendinin 5 ən yaxşı mobil qurğular siyahısını planşetlər tutub – ilk beşliyə həmçinin 11 düymlük üçüncü nəsil “iPad Pro” və dördüncü nəsil “iPad Air” daxil olub. Reytinq tərtibatçıları tərəfindən ən güclü smartfon “iPhone 12 Pro Max” seçilib. Model aktual “Apple A14 Bionic” çipinə, 6 giqbaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir.

 

Mütəxəssislər qeyd edib ki, yeddinci pilləyə gözlənilmədən “iPhone 12 mini” – aktual seriyada ən ucuz “Apple” smartfonu yüksəlib. İlk onluğu “iPhone 12”, “iPhone 12 Pro” və “iPhone 11 Pro Max” modelləri tamamlayıb.

 

Hesabatda vurğulanır ki, sonucu yeri tutan “iPhone 11 Pro Max” 600 mindən az bal toplayan yeganə qurğu olub. Lakin bütün aktual “Apple” qurğuları arasında məhsuldarlıq fərqi cüzi olduğundan istifadəçilər üçün nəzərə çarpmayacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 789

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024