12px13px15px17px
Tarix:12/04/21

“Xiaomi’nin yeni smartfonunda kütləvi problem aşkar edilib

Yeni nəsil “Redmi Note” smartfonunda ekranla bağlı problemlər aşkar edilib. Bu barədə “Gizmochina” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Redmi Note 10” smartfonlarının istifadəçiləri displeyin toxunuşlara reaksiya vermədiyini qeydə alıblar. Bir qrup istifadəçilərdə smartfon titrəməyə başlayıb və bu, xüsusilə qara rejimdə daha nəzərə çarpır.

 

Hələlik smartfonun qəribə işi ilə bağlı şikayətlər əsasən Hindistandan daxil olur. Çin brendinin bu ölkədəki rəsmi nümayəndəsi ekranla bağlı tək-tük problemlərin olduğunu təsdiq edib. Ola bilsin ki ekranın işi ilə bağlı problemlər proqram təminatının yeniləmələrindən birində aradan qaldırılacaq.

 

Emil Hüseynov





Baxış sayı: 556

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024