12px13px15px17px
Tarix:13/04/21

“WhatsApp” messencerinin istifadəçiləri yeni boşluq haqqında xəbərdar ediliblər

Mütəxəssislər "WhatsApp" messencerində istifadəçinin hesabını bloklamağa imkan verən yeni boşluq aşkar ediblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, məlumatda deyilir ki, hakerlər proqramın iki "zəif yeri"ndən (məhz telefon nömrəsinə bağlanmadan və dəstək xidmətinə müraciət etməklə istifadəçini hesaba girişdən məhrum etmək imkanından) istifadə edirlər.

 

Messencerdə telefon nömrəsini daxil etdikdə xidmət adətən SMS mesaj və ya zəngin köməyi ilə göndərilən təsdiqetmə kodunu tələb edir. Bədniyyətlilər səhv kod daxil edir və "WhatsApp" kodun sıfırlanması imkanını 12 saatlıq bloka salanadək yenisini sorğu edirlər.

 

Bundan sonra fırıldaqçılar messsencerin dəstək xidmətinə qurbanın telefon nömrəsini göstərməklə telefonun itməsini səbəb gətirərək hesabı bloklamaq xahişindən ibarət sorğu göndərirlər.

 

Emil Hüseynov





Baxış sayı: 6089

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024