12px13px15px17px
Tarix:14/04/21

Yeni “Apple” qurğuları nə vaxt təqdim ediləcək?

“Apple” şirkətinin yeni qurğuları aprelin 20-də nümayiş olunacaq. Bu barədə “The Verge” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, tədbirin tarixini gözlənilmədən “Siri” səsli köməkçi funksiyası açıqlayıb. Belə ki, ABŞ ərazisində yaşayan “Apple” smartfon və planşet istifadəçilərinə təqdimatın aprelin 20-də Kupertino şəhərində keçiriləcəyini bildirən məlumat göndərilib. Funksiya “Apple” saytına keçid üçün link təqdim etsə də, səhifədə təqdimat barədə informasiya mövcud deyil.

 

“Apple” şirkətinin yaz tədbirində yeni “iPad mini” və “Pro” planşetlərinin təqdim ediləcəyi gözlənilir. “iPad Pro” qurğusu “mini-LED” displey və hələ nümayiş olunmayan “A14X” prosessoru ilə təchiz ediləcək. Planşetlərlə birlikdə şirkət tərəfindən yeni nəsil “AirPods” qulaqcığı və “AirTags” izləmə qurğusunun nümayişi planlaşdırılır.

 

Nizam Nuriyev





Baxış sayı: 466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024