12px13px15px17px
Tarix:23/12/11

“Xerox” Tədqiqat mərkəzinin banisi dünyasını dəyişib

“Xerox PARC” Tədqiqat laboratoriyasının banisi Ceykob Qoldman dünyasını dəyişib. Onun 90 yaşı var idi. “The New York Times” bildirib ki, ölümə səbəb kəskin ürək çatışmazlığı olub.

Qoldman 1921-ci ildə Bruklində anadan olub. O İeşiva Universitetini və Pensilvaniya Universitetini bitirib. Pensilvaniya Universitetində fizika üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

Qoldmanın təhsili bitirdikdən sonra “Westinghouse” energetika şirkətində işləmiş və Karneqi-Mellon Universitetində dərs deyib, 1955-ci ildə “Ford”-da işləməyə başlayıb. Orada tədqiqat laboratoriyasına rəhbərlik edib.

Qoldman “Ford”dan “Xerox” şirkətinə keçib. “Xerox” şirkəti qarşısına "gələcəyin ofisi" üçün texnologiyalar hazırlanan tədqiqat mərkəzi yaratmaq hədəfi qoyur. 1970-ci ildə Qoldmanın rəhbərliyi ilə “Xerox PARC” adlı belə mərkəz yaradılıb.

“Xerox PARC” hazırlamaları hal-hazırda da fəal istifadə olunur. Həmin hazırlamalara lazer printeri,  “Ethernet” verilənlərin ötürülməsi texnologiyası, “Bravo” mətn redaktoru – “WYSIWYG” ("What You See Is What You Get") prinsipi üzrə hazırlanmış ilk redaktor, həmçinin üzə çıxan menyu, "pəncərə", nişan və kursorla olan qrafik interfeys aiddir.

Qoldman təqaüdə çıxdıqdan sonra Uestport (Konnektikut ştatı) şəhərində yaşayıb.




Baxış sayı: 809

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024