12px13px15px17px
Tarix:23/12/11

Avropada “Android”-in populyarlığı artır

“Kantar Worldpanel ComTech” analitik şirkətinin dərc etdiyi hesabata əsasən,  “iPhone” smartfonları ABŞ-da populyardırlar. Lakin “Apple” şirkətinin  məhsullarını  Avropada rəqabətlə qarşılayırlar. Şirkətin hesabatı 2011-ci ilin sentyabr ayından noyabr ayının sonuna qədər  olan dövrü əhatə edir.

Şirkətin məlumatına əsasən, ABŞ-da keçən ilin payızında “iPhone” smartfonunun payı 25% təşkil edib, hal-hazırda isə onun payı 36% olub və “Apple” şirkəti bir sıra yeni bazarlar əldə edə bilib.

Böyük Britaniyada da “iPhone” smartfonunun populyarlığı artır və hal-hazırda 31% təşkil edir. Lakin Avropanın digər regionlarında “iPhone” smartfonunun populyarlığı aşağıdır.

Belə ki, avropalılar  “Android” əməliyyat sistemiə heyrandır və bu əməliyyat sistemi ilə işləyən qurğulardan fəal istifadə edirlər. Məsələn, Almaniyada “Android”-in  payı hal-hazırda 61% təşkil edir,

“Samsung Galaxy S II” aparatı isə bestsellerdir. Bütün Avropa ölkələrində “Android”-in bazar payı 46%-dən aşağı düşmür.




Baxış sayı: 1379

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024