12px13px15px17px
Tarix:23/12/11

“Nar Mobile” Mingəçevir sakinləri üçün növbəti "Nar Dünyası" satış və xidmət mərkəzlərini təqdim etdi

Mingəçevir şəhərində H. Əliyev pr. 54/16 küçəsində “Nar Mobile” tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzlərinin açılış mərasimi keçirildi.

Yeni açılan “Nar Dünyası” satış və xidmət mərkəzlərinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir.

 Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də “Nar 3G+” modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq.

“Nar  Dünyası” satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı, “Nar Dünyası”  satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni “Nar 3G+” modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış oldular, yüksək sürətli mobil internet bağlantısından canlı istifadə etdilər.

Hazırda Bakı şəhərində “Nar Mobile” tərəfindən təqdim edilən 11 yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri fəaliyyət göstərir.

Bölgələrdə isə 23 yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri olmaqla Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz, Masallı, Cəlilabad, İmişli, Biləsuvar, Siyəzən və Salyanda da yeni açılmış mərkəzlər müştərilərə yüksək keyfiyyətli xidmət təqdim edirlər.




Baxış sayı: 872

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020