12px13px15px17px
Tarix:17/04/21

“Apple” şirkətinin virtual reallıq şleminin təfərrüatları açıqlanıb

“Apple” şirkətinin qarışıq reallıq qarnituru 15-dək kamera ilə təchiz ediləcək. Bu haqda öz hesabatında nüfuzlu analitik Min-Çin Ko deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, hesabata əsasən, qarışıq reallıq (AR/VR) şleminə 15-dək kamera quraşdırılacaq. Belə texniki təchizat cihazdan genişləndirilmiş və virtual reallıq rejimlərində istifadə vaxtı istifadəçidə maksimum iştirak hissi yaratmağa imkan verəcək.
 
Həmçinin mütəxəssis ABŞ şirkətinin bu seqmentdə gələcək məhsulları ilə bağlı təfərrüatları açıqlayıb. Min-Çi Ko hesab edir ki, “Apple” şirkəti sözügedən qarniturdan sonra virtual reallıq eynəyi istehsal edəcək. Mütəxəssisin erkən hesabatına əsasən, şirkətin 2022-ci ildə təqdim ediləcək ilk VR şleminin qiyməti təxminən 1000 dollar təşkil edəcək.
 
Jurnalistlərin fikrincə, “Apple”ın qarniturunda kameralar həm cihazın xaricində, həm də daxilində yerləşdiriləcək. Sonuncu istifadəçinin diqqətini izləyəcək.
 
Emil Hüseynov




Baxış sayı: 1284

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024