12px13px15px17px
Tarix:20/04/21

“Huawei” smartfonları ucuzlaşıb

"Huawei" şirkəti dəstdə enerjidoldurma qurğusunun olmaması səbəbindən smartfonların qiymətini ucuzlaşdırıb. Bu barədə Çinin "ITHome" nəşri məlumat yayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, şirkətin oflayn mağazalarında aktual smartfon modellərinin yeni qiymətləri aşkarlanıb. Məsələn, "Huawei Mate X2", "Mate 40", "Nova 8" və "Nova 8 Pro" qurğuları 199 yuan ucuzlaşıb. Jurnalistlərin sözlərinə görə, qurğuların qiymətinin azalması təsadüfi deyil – bu, smartfonlar dəstinin yenilənməsi ilə əlaqədardır.

 

Yeni "Huawei" telefonları enerjidoldurma qurğusu ilə təchiz edilmədiyindən şirkət istehlakçılara endirim təklif edir. Bununla yanaşı, enerjidoldurma adapterinin dəstdə mövcudluğunun mütləq olmasını istəyən alıcılar onu ayrıca əldə edə bilərlər. Adapterin qiyməti endirim məbləğinə – 199 yuana bərabərdir. Aksesuar 66 vatt gücünə malikdir və sürətli enerjidoldurmanı dəstəkləyir.

 

Hazırda aksiya yalnız ixtisaslaşmış "Huawei" mağazalarına şamil edilib. Müəlliflərin fikrincə, yeni qayda şirkətin həm Çində, həm də digər ölkələrdə fəaliyyət göstərən internet mağazalarındakı məhsullarına da aid olacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 1077

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024