12px13px15px17px
Tarix:21/04/21

“Samsung Display” Hindistanda smartfon ekranlarının istehsalına başlayıb

“Samsung Display” şirkəti Hindistanda smartfonlar üçün displey istehsalına başlayıb. Bu barədə “Economic Times” nəşrinin hesabatında deyilir. Hazırda şirkət televizor, smartfon və planşetlər üçün matrisaların 70 faizini Çin, Vyetnam və Cənubi Koreya kimi ölkələrdə istehsal edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, Cənubi Koreyanın texnoloji nəhəngi bu ilin aprelindən etibarən Hindistanın Noida şəhərində smartfonlar üçün ekranların istehsalına start verib. Bu, Hindistanın “Samsung” şirkətinə displey istehsalı üzrə zavodun işə salınacağı təqdirdə maliyyə imtiyazları təklif etməsi ilə bağlı məlumatların yayılmasından bir neçə ay sonra baş verib. Hindistan hökuməti ölkəni dünyanın istehsal mərkəzinə çevrimək üçün çoxlu tədbirlər görür.

 

Bu yaxınlarda Hindistan ölkədə istehsalın stimullaşdırılmasına 1,02 milyard dollar ayırıb. Hazırda Hindistan hakimiyyətinin ölkəyə prosessor istehsalçılarını cəlb etməyə çalışması bildirilir. “Samsung Display” şirkəti isə ekran istehsalının Çindən Hindistana köçürülməsinə 653 milyon dollar investisiya qoyub. Bundan başqa, şirkətə Hindistan hökuməti tərəfindən bu layihənin 5 il müddətinə təmin edilməsi üçün 34 milyon dollar, eləcə də elektron komponent və yarımkeçiricilərin istehsalının təşviqi üzrə mərkəzin proqramı tərəfindən 62 milyon dollar təqdim olunacaq. “Samsung” şirkətinin yaxın gələcəkdə Hindistanda istehsal olunan ekran portfelini genişləndirəcəyi gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 556

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024