12px13px15px17px
Tarix:21/04/21

“Apple” şirkəti “iPhone 12” smartfonunu yeni rəngdə təqdim edib

"Apple" korporasiyası "iPhone 12" smartfonunu yeni rəngdə təqdim edib. Təqdimatın yazısı "YouTube" videohostinqində əlçatandır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, yeni "iPhone 12" cihazı 2020-ci ildə çıxarılmış qurğulardan heç nə ilə fərqlənmir. Bundan başqa yeni cihazın arxa qapağı bənövşəyi rəngdədir və alüminium çərçivəyə malikdir. "Apple" şirkəti "iPhone 12" və "12 mini" cihazlarını yeni rəngdə təqdim edəcək, amma "12 Pro" və "12 Pro Max" əvvəlki rənglərdə qalacaqlar.

 

Bənövşəyi rəngli "iPhone 12" smartfonlarına ilkin sifariş aprelin 23-də əlçatan olacaq.

 

"iPhone 12" cihazı 2020-ci ilin payızında təqdim edilib. OLED displeylə təchiz edilmiş smartfon 5,4 və 6,1 düym ölçülərdə əlçatandır. Həmçinin smartfon beşinci nəsil şəbəkələrini dəstəkləyir.

 

Emil Hüseynov





Baxış sayı: 1187

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024