12px13px15px17px
Tarix:24/12/11

“Samsung” şirkəti “Dual SİM” ilə olan ilk “Android” smartfonlarını təqdim edib

“Samsung” şirkəti “Dual SİM” dəstəkləyən ilk “Android” smartfonlarını – “Galaxy Y Duos” və “Galaxy Y Pro Duos”-u təqdim edib.

Yeni smartfonlar 2012-ci ilin yanvar ayında tədarük edilməyə başlanacaq. Koreya şirkəti aparatların qiyməti haqqında hələ ki məlumat vermir. Hər iki model eyni anda 2 SİM-kartın işini dəstəkləyir. Əməliyyat sistemi kimi “Android 2.3” quraşdırılıb.

“Samsung Galaxy Y Duos” smartfonu monoblok form-faktorunda hazırlanıb, 830 MHz takt tezlikli prosessor, 240x320 piksel kəskinlikli 3,14 düymlü ekran, “Wi-Fi”, “GPS” və “Bluetooth 3.0” modulları ilə təchiz edilib. Qurğunun ölçüləri 110x60x12 mm, çəkisi isə 109 qram təşkil edir.

“Samsung Galaxy Y Pro Duos” smartfonunda ekranın diaqonalı 2,6 düymdür, “QWERTY”-klaviatura var və digər texniki xüsusiyyətlər “Galaxy Y Duos” smartfonu ilə uyğun gəlir. Qurğunun ölçüləri 111x64x11,9 mm, çəkisi isə 112 qram təşkil edir.



Baxış sayı: 1271

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024