12px13px15px17px
Tarix:26/12/11

“Anonymous” yenidən aktivləşdi

Ötən şənbə günü “Anonymous” haker qrupu “Stratfor Global İntelligence Service” şirkətinin İT resurslarına hücum edib. “Anonymous” haker qrupu bildirib ki, onun nümayəndələri “Stratfor” şirkətinin müştəri məlumatlarını,  məsələn, adlar, bank kartları haqqında məlumatlar və elektron ünvanları ələ keçirə biliblər.

Onlar, həmçinin qeyd ediblər ki, yaxın vaxtlarda “Stratfor” müştərilərinin kartlarından 1 milyon dollar çıxardılaraq xeyriyyəçiliyə xərclənəcək.

Hakerlər sübut kimi “Stratfor” müştərilərinin təxminən 4000 ad, ünvan və digər məlumatından ibarət siyahısını dərc ediblər.

“Anonymous” qrupundan bildiriblər ki, hal-hazırda onlarda ABŞ Müdafiə Nazirliyinin, “Bank of America”, “Lockheed Martin” şirkətlərinin işçilərinə aid olan 90 000 kredit kartından ibarət baza var.

Kredit kartlarının işlək olduğunu göstərmək üçün hakerlər ABŞ Milli Təhlükəsizlik Departamenti işçilərindən birinin bank kartından “Qırmızı Xaç” təşkilatına ianə kimi 180 dollar pul köçürüblər.




Baxış sayı: 1362

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024