12px13px15px17px
Tarix:26/12/11

Bakıda daha bir CDMA baza stansiyası istifadəyə verildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakı şəhərində CDMA simsiz rabitə xidmətinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi olaraq Binəqədi rayonu 9-cu mikrorayon ərazisində tikdiyi yeni basa stansiyası istifadəyə verib.

Bu barədə “ictnews”-a birliyin CDMA xidməti şöbəsinin rəisi Murad Cəbrayılov bildirib. Onun sözlərinə görə, Yasamal rayonu ərazisində  ATS-438-də yeni baza stansiyasının qurulmasına hazırlıq gedir.

Şöbə rəisi əlavə etdi ki, nəzərdə tutulan avadanlıqlar “Huawei” şirkətindən alınır. Qeyd edək ki, artıq CDMA stansiyasının tutumu 20 min nömrəyə çatdırılıb.

Məlumat üçün bildirək ki, BTRİB 511 və 555 indeksasiyası ilə CDMA xidmətləri göstərir. “Aztelekom” İB ilə BTRİB arasında rouminq hesabına hər iki birliyin CDMA abunəçiləri ölkənin istənilən regionunda öz telefonundan istifadə edə bilər.





Baxış sayı: 1329

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024