12px13px15px17px
Tarix:08/05/21

Yenilənmiş interfeysli “Toshiba Fire TV Edition” televizor seriyası buraxılıb

“Toshiba” şirkəti “Fire TV” funksiyalı “Fire TV Edition” smart televizorlarının yeni seriyasını buraxıb. 43 və 50 düymlük modellər müvafiq olaraq 350-470 dollara “Amazon” və “Best Buy” internet mağazalarında satışa çıxarılıb. Satışa çıxarılma tarixi barədə məlumat verilməsə də, söhbətin gələn həftədən getdiyi ehtimal olunur. Gələcəkdə televizorların 55, 65, 75 düymlük versiyalarının satışa çıxarılması planlaşdırılır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, əvvəlki “Toshiba” televizor modellərindən fərqli olaraq yeni qurğular daha nazik panellərə, eləcə də əlavə “HDMI” və “USB” portlarına malikdir. Yeni “Toshiba Fire TV Edition” “ağıllı” televizorları “Regza Engine” prosessoru üzərində işləyir, “4K” (3840 × 2160 piksel) formatını, eləcə də “Dolby Vision” və “HDR10” texnologiyalarını dəstəkləyir.

 

Məlumata görə, yeni “Toshiba” modelləri “Amazon Fire OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

 

“AFTVnews” resursunun məlumatına görə, əvvəlcə “Toshiba Fire TV Edition” televizorları köhnə “Fire TV” interfeysi ilə tədarük ediləcək, lakin bu yay onların altıyadək istifadəçi profili dəstəyinə malik yenilənmiş interfeyslə təchiz ediləcəyi gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 865

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024